EN

“Fənərbağça”da Koç dövrü bitdi, Saran dönəmi başladı

Türkiyənin “Fənərbağça” klubunda bu gün növbədənkənar prezident seçkiləri keçirilib və İstanbul təmsilçisinin yeni prezidenti bəlli olub.

Arena.az xəbər verir ki, səslərin sayılmasından sonra Sadəttin Saran 12 min 325 səslə Ali Koçu (12 min 68 səs) geridə qoyaraq klubun yeni prezidenti seçilib.

1964-cü il avqustun 30-da Amerika Birləşmiş Ştatlarının (ABŞ) Denver şəhərində anadan olmuş Stiven Sadəttin Saran, uşaqlıq illərini Türkiyə və ABŞ arasında keçirib. Atası kırıkkaleli, anası isə amerikalıdır. O, idmanla erkən yaşlarda tanış olub və Türkiyə Milli Üzgüçülük Komandasında üzgüçü kimi çıxış edərək rekordlar qırıb. Daha sonra o, Kentakki Universitetində mexanika mühəndisliyi təhsili alıb.

Saran iş həyatına mühəndis olaraq başlayıb, daha sonra 1990-cı illərdə Saran Group / Saran Holding şirkətini qurub. Şirkət media, yayım haqları, idman, turizm, aviasiya və enerji kimi bir çox sahədə fəaliyyət göstərir. Saran Holding, xüsusilə idman yayımları sahəsində Türkiyənin ən önəmli oyunçularından biridir.

Saran uzun illərdir “Fənərbağça” camiəsində tanınan bir simadır. O, daha əvvəl də klubun idarə heyətində yer alıb. Saran 2024-cü ildə prezidentliyə namizədliyini açıqlasa da, Ali Koçun yenidən namizəd olma qərarından sonra geri çəkilmişdi. Lakin bu dəfə yarışda geri addım atmadı və az fərqlə qələbə qazanaraq klubun yeni rəhbərinə çevrildi. Onun İstanbul klubuna nə dərəcədə düşərli olacağını isə zaman göstərəcək.

error: Məzmun qorunur!
Chosen
15
21
arena.az

10Sources