AZ

Bundesliqa: “Borussiya” qalib gəldi, “Bayer” xal itirdi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 4-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

7 qolun qeydə alındığı “Ayntraxt” – “Union Berlin” matçında paytaxt təmsilçisi çətin qələbəyə sevinib. “Bayer”lə Mönhenqladbax “Borussiya”sı arasındakı görüşdə qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Dortmund “Borussiya” isə evdə “Volfsburq”u minimal hesabla üstələyib.

Beləliklə, geridə qalmış 4 turdan sonra yalnız “Bayern” maksimum nəticə ilə irəliləyir – 12 xal. Dortmund “Borussiya”sı 10, “Leypsiq” 9, “Köln” və “Sankt Pauli” 7 xal toplayıblar.

Almaniya, Bundesliqa
4-cü tur

19 sentyabr

Ştutqart – Sankt Pauli 2:0
Qollar: Demiroviç, 43. El Kannus, 50.

20 sentyabr

Auqsburq – Maynts 1:4
Qollar: Essende, 83 – Sano, 14. Köhr, 26. Nebel, 60. Sieb, 69.

Hamburq – Haydenhaym 2:1
Qollar: Vuskoviç, 42. Filippe, 59 – Kolle, 90+3.

Hoffenhaym – Bayern 1:4
Qollar: Çoufal, 82 – H.Keyn, 44; 48-pen; 77-pen. Qnabri, 90+9.

Verder – Frayburq 0:3
Qollar: Qrifo, 33-pen. Adamu, 54. Kulibali, 75-öz qapısına.

Leypsiq – Köln 3:1
Qollar: Uedraqao, 13. R.Kardozo, 44. Raum, 45+4 – Tielmann, 23.

21 sentyabr

Ayntraxt – Union Berlin 3:4
Qollar: Braun, 45+4. C.Y.Uzun, 80. Burkardt, 87-pen – Ansa, 9. Burke, 32; 53; 56.

Bayer – Borussiya (Mönhenqladbax) 1:1
Qollar: Tillman, 70 – Tabakoviç, 90+2.

Borussiya (Dortmund) – Volfsburq 1:0
Qol: Adeyemi, 20.

error: Məzmun qorunur!
Seçilən
20
9
arena.az

10Mənbələr