EN

Xərçəngə qarşı təsirli meyvə: İnnab

ain.az bildirir, Milli.az portalına istinadən.

Sentyabr ayının ən çox sevilən meyvələrindən olan innab, həm dadı, həm də sağlamlığa faydaları ilə diqqət çəkir. Tərkibində A, C və B qrupu vitaminləri, maqnezium, fosfor, kalium kimi minerallar olan innab, bağırsaq sağlamlığından xərçəngin qarşısının alınmasına qədər bir çox sahədə qoruyucu təsir göstərir.

Mütəxəssis Diyetoloq Selahattin Dönməz bildirib ki, innab qan şəkərinin tənzimlənməsinə kömək edən ən dəyərli təzə meyvələrdən biridir. Karbohidrat tərkibinin aşağı, lif miqdarının isə yüksək olması sayəsində uzun müddət toxluq hissi yaradır.

Bağırsaqları işlədir - Tərkibindəki sorbitol maddəsi bağırsaqların fəaliyyətini sürətləndirir.

Vitamin və mineral baxımından zəngindir - A, C, B qrupu vitaminləri ilə yanaşı, kateşin və epikateşin kimi faydalı maddələr də ehtiva edir.Xoraya yaxşı təsir edir - innab qan dövranını sürətləndirir, infeksiyalardan qoruyur və mədə yaralarının sağalmasına kömək edir.Xərçəng hüceyrələrinə qarşı təsirlidir - Son araşdırmalar göstərib ki, innab və ondan hazırlanan məhsullar xərçəng hüceyrələrinin çoxalmasının qarşısını ala bilər. Xüsusilə qaraciyər, yoğun bağırsaq, döş və qalxanabənzər vəz xərçənglərində müsbət təsir müşahidə olunub.

innab üzərində aparılan insan tədqiqatları onun qan yağlarını azaltdığını, qlükoza mübadiləsini tənzimlədiyini və yüksək təzyiqin qarşısını almaqda faydalı ola biləcəyini göstərib.

Lalə Qüdrətova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
1
news.milli.az

2Sources