EN

İran Prezidenti ABŞ-a gedir

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün sentyabrın 23-də Nyu-Yorka uçacaq.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İslam Respublikasının Prezidenti administrasiyasının siyasi məsələlər üzrə müavini Mehdi Sanayi məlumat verib.

 

"Prezident 23 sentyabr, çərşənbə axşamı Nyu-Yorka yola düşəcək və çərşənbə günü səhər Birləşmiş Millətlər Təşkilatında çıxış edəcək", - deyə M.Sanayi "X" sosial şəbəkəsində yazıb.

 

Sanayinin sözlərinə görə, Pezeşkianın digər dövlət başçıları və BMT-nin Baş katibi Antoniu Quterreş ilə görüşləri də planlaşdırılır.

 

BMT Baş Assambleyası sessiyasında yüksək səviyyəli həftə çərçivəsində ümumi siyasi müzakirələr 23-27 sentyabr, həmçinin 29 sentyabr tarixlərində keçiriləcək.

 

Chosen
9
10
senzor.az

10Sources