EN

Qırmızı dənizdə köpəkbalıqlarının sayının artma səbəbi məlum oldu

BAKI, 22 sentyabr. TELEQRAF

Süveyş kanalının tikintisi Qırmızı dənizdə köpəkbalıqlarının meydana gəlməsinə səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə Şirşov adına Okeanologiya İnstitutunun elmi işçisi Filipp Sapojnikov bildirib.

Ötən həftə Misirin Hurqada bölgəsinin cənubunda yerləşən Makadi-Bey kurortunun çimərlikləri yaxınlığında köpəkbalıqlarının görünməsini şərh edən alim Süveyş kanalının açılmasının Hind okeanından Aralıq dənizinə birbaşa miqrasiya yolunu açdığını deyib. Bununla əlaqədar olaraq, iri dəniz balıqlarının miqrasiya yolları dəyişib və xüsusilə köpəkbalıqları da miqrasiya etməyə başlayıblar.

Xatırladaq ki, sentyabrın 17-də rusiyalı turistlər Misirin Şarm əl-Şeyx kurortunda yerləşən beşulduzlu hotelin yaxınlığında köpəkbalığı görüblər. Onun sahildən beş metr aralıda üzdüyü bildirilib.

Chosen
26
teleqraf.com

1Sources