EN

Yeməyi düzgün çeynəməmək üz simmetriyasını poza bilər

Ortodont, tibb elmləri doktoru, OFS klinikasının baş həkimi Yana Dyaçkova bildirib ki, düzgün olmayan çeynəmə vərdişləri diş sağlamlığına və ümumi rifaha mənfi təsir göstərə bilər.

E-saglam.az xəbər verir ki, o Lenta.ru-ya açıqlamasında yeməyi çeynəməyin düzgün üsulunu izah edib.

Dyaçkova qeyd edib ki, yeməyi çənənin hər iki tərəfində çeynəmək lazımdır. “Bir çox insanlar adət, diş çatışmazlığı, plomblar və ya qüsurlar səbəbindən əsasən bir tərəfdə çeynəyirlər. Digər tərəf isə istifadə olunmur ki, bu da bəzi əzələlərin həddindən artıq yüklənməsinə, digərlərinin isə zəifləməsinə gətirib çıxarır. Nəticədə üz simmetriyası pozulur və zamanla çənə oynaqlarında problemlər yarana bilər”, – deyə o bildirib.

Həkim vurğulayıb ki, çeynəmə prosesi növbəli aparılmalıdır – əvvəlcə bir tərəfdə, sonra digər tərəfdə. Bu, əzələlərin balanslı işləməsini təmin edir və temporomandibular oynağın sağlamlığını qoruyur. Dyaçkova həmçinin əlavə edib ki, yeməyi yaxşıca çeynəmək vacibdir. Xüsusilə sıx və lifli qidaları hər dişləmədə ən azı 15–20 dəfə çeynəmək həzmi asanlaşdırır və mədə-bağırsaq traktına yükü azaldır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
18
e-saglam.az

1Sources