EN

Rusiya gecə ərzində vurduğu dronların sayını açıqladı

BAKI, 22 sentyabr, TELEQRAF

Ukrayna Silahlı Qüvvələri bazar ertəsinə keçən gecə Rusiyaya yüzdən çox pilotsuz uçuş aparatı (PUA) buraxıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, Rusiya hava hücumundan müdafiə (HHM) qüvvələri gecə ərzində Ukraynaya məxsus 114 PUA-nı məhv edib. Ən çox dron, hər birində 25 ədəd olmaqla, Rostov vilayəti və Krasnodar diyarı üzərində vurulub.

Bundan başqa, Belqorod vilayəti, Həştərxan vilayəti, Krım Respublikası (işğal edilmiş Ukrayna ərazisi - red.), Bryansk vilayəti, Azov dənizi, Yaroslavl vilayəti, Volqoqrad vilayəti, Qara dəniz, Kursk və Voronej vilayətləri üzərində dronların məhv edildiyi bildirilir.

Chosen
7
teleqraf.com

1Sources