EN

Baş məşqçi işindən ayrıldı, klub xəbəri açıqlamadı - Görəsən, niyə?

Adil Şükürovun «Kəpəz» dönəmi artıq başa çatıb.

İyunda komandanın sükanı arxasına qayıtmış mütəxəssis iş yerini tərk edib.

O. ayrılıq əsnasında klub funksionerləri ilə görüşüb, Gəncədə qalmayacağını bildirib.

Baş məşqçi düşərgədən getsə də, «Kəpəz» bu xəbəri hələ açıqlamayıb. Halbuki dünəndən bəri hamı vida barədə məlumatı gözləyir.

Gecikmə Şükürova ödəniləcək təzminatla bağlıdır. Ona və köməkçilərinə çatacaq kompensasiyanın məbləği tam dəqiqləşməyib.

Tərəflər arasında müəyyən qədər fikir ayrılığı var. Dörd ay öncə 2+1 illik müqavilə bağlamış çalışdırıcının istədiyi vəsaitlə «sarı-göylər»in nəzərdə tutduğu rəqəm arasında fərq mövcuddur.

Doqquz aydan sonra «Kəpəz»ə dönmüş Şükürov burada fiasko ilə üzləşib. Komanda Premyer Liqanın geridə qalan 5 həftəsində məğlubiyyətləri sapa dzüb.

Nizami yurdunun təmsilçisi «Sumqayıt»a 0:3, «Karvan»a 2:3, «Zirə»yə 0:5, «Araz-Naxçıvan»a 0:2 və «Qəbələ»yə 0:3 hesabıyla uduzub. Xal üzünə həsrət qalmış kollektiv turnir cədvəlinin sonuncu 12-ci pilləsinə yuvarlanıb.

SPORTİNFO.AZ

Chosen
4
sportinfo.az

1Sources