EN

Maduro Trampa məktub göndərdi

ain.az bildirir, Missiya.az saytına əsaslanaraq.

Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə telegram kanalında məlumat verilib. 

Vitse-prezident Delcy Rodrigesin sözlərinə görə, məktubda Maduro ABŞ-ni birbaşa dialoqa dəvət edib və bu məqsədlə Trampın xüsusi nümayəndəsi Riçard Qrenell ilə görüşə hazır olduğunu bildirib.

Maduro məktubda Venesuelaya qarşı narkotik və mafiya ittihamlarını “əsassız və saxta” adlandırıb, bu cür xəbərlərin iki ölkə arasında münasibətlərə zərər verdiyini qeyd edib.

Prezident Venesuelanın narkotik istehsal etmədiyini, Kolumbiyadan gələn narkotiklərin cəmi 5 faizinin Venesuela üzərindən keçdiyini və bu istiqamətdə ciddi mübarizə apardıqlarını vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp isə bu məktuba münasibət bildirməkdən imtina edib:“Venesuelada nə olacağını görəcəyik,” – deyə o, qısa cavab verib.

Seyranə QuliyevaMissiya.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
1
missiya.az

2Sources