ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) strateji tərəfdaşı, baş ofisi İtaliyanın Milan şəhərində yerləşən Avropa Evi – "Ambrosetti"nin ("TEHA Group") baş icraçı direktoru və idarəedici tərəfdaşı Valerio De Molli tədbirin təşkilatçılığına görə Azərbaycan rəhbərliyinə təşəkkür edib.
Bakıvaxtı.az-ın məlumatına görə, qonaq forumda çıxış edərək bu tədbirin təkcə regionun deyil, bütövlükdə iqtisadi düşüncənin əsas mərkəzlərindən birinə çevrilməsini arzuladığını qeyd edib.
Onun sözlərinə görə, forumda 800-dən çox iştirakçı var ki, bunun da 40%-i müxtəlif xarici ölkələri təmsil edir.
"İki gün ərzində 100-dən çox spiker müxtəlif panel və müzakirələrdə çıxış edəcək. Məqsəd əlaqələr qurmaq, bir-birindən öyrənmək və mövcud vəziyyəti daha yaxşı anlamaqdır. Biz Azərbaycanın İqtisadiyyat Nazirliyinin strateji tərəfdaşıyıq, forumun təşkili ilə bağlı Prezident İlham Əliyevə xüsusi təşəkkürümü bildirirəm. Çünki o, son dörd ildə iki dəfə bizim Komo gölünün sahilində keçirilmiş ən nüfuzlu toplantımızda – məşhur Çernobbio Forumunda iştirak edib", - deyə "Ambrosetti" rəsmisi əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.