"Olaylar.az"-ın məlumatına görə, bunu Türkiyənin tanınmış tarixçi alim İlber Ortaylı Naxçıvanda jurnalistlərə açıqlamasında deyib.
"Burada qədim Azərbaycan mədəniyyəti çox canlı şəkildə yaşadılır. Naxçıvan xan sarayında da bunu görürük. Klassik mədəniyyət aydın şəkildə hiss olunur", - İ. Ortaylı vurğulayıb.
Alim əlavə edib ki, Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanın Azərbaycanla bağlantısı yaranacaq:
"Bu dəhliz Naxçıvanın inkişafına böyük təsir göstərəcək. Naxçıvan parlaq gələcəyə malik bir şəhərdir. Ümid edirəm, nüfuzu artdıqca təmizliyini itirməz. Türk dünyasında Naxçıvan kimi baxımlı və təmiz şəhər tapmaq çox çətindir. Ən önəmlisi isə odur ki, mədəni inkişaf qorunaraq saxlanılacaq və Azərbaycan ənənələri qədim zamanlarda olduğu kimi davam edəcək". (Report)