EN

Maduro Trampa məktub göndərdi: Dialoqa hazıram!

Venesuela hökuməti prezident Nikolas Maduronun birbaşa dialoq üçün ABŞ prezidenti Donald Trampa məktub göndərdiyini təsdiqləyib.

Turkustan.az xəbər verir ki, Venesuelanın vitse-prezidenti Delcy Rodriguez Telegram hesabında verdiyi açıqlamada Maduro-nun həmkarı Trampa məktub göndərdiyini və onun xüsusi nümayəndəsi Riçard Qrenell vasitəsilə birbaşa görüşməyə hazır olduğunu etiraf etdiyini etiraf edib.

Məktubda Maduro Venesuelaya qarşı “mafiya və narkotik ticarəti şəbəkələri ilə əlaqə” ittihamlarının tamamilə əsassız olduğunu vurğulayaraq, bu cür iddiaların və “saxta xəbərlərin” iki ölkə arasındakı münasibətlərə mənfi təsir etdiyini bildirib.

6 sentyabr tarixli məktubda Venesuela hökumətinin mafiya və narkotik qrupları ilə əlaqələri barədə iddialar “tamamilə əsassız” və “saxta xəbər” kimi dəyərləndirilib. Prezident Nikolas Maduro, Venesuelanın deportasiya olunmuş miqrantları qəbul etməkdən imtina etməsi ilə bağlı xəbərlərin də həqiqəti əks etdirmədiyini bildirib.

Məktubda bu fikirlərə yer verilib:

“Bu məsələ artıq tez bir zamanda həll edilib və cənab Riçard Qrenell ilə keçirilən görüşdə aydınlaşdırılıb. Bu kanal bu günə qədər problemsiz və səmərəli şəkildə fəaliyyət göstərib.”

Maduro məktubunda həmçinin Venesuelanın narkotik istehsalından azad bir ölkə olduğunu vurğulayıb:

“Birləşmiş Millətlər Təşkilatının məlumatlarına əsasən, Kolumbiyadan çıxarılan narkotiklərin yalnız 5 faizi Venesuela ərazisindən keçir. Bu ilin əvvəlindən etibarən, Kolumbiya ilə 2200 kilometrlik sərhədi keçməyə çalışan bu kiçik faizin 70 faizindən çoxu zərərsizləşdirilib.”

Maduro əlavə edib ki, Venesuela bu sahədə beynəlxalq səviyyədə tanınmış nəticələr əldə edib:

“Bu məlumatlar Venesuelanın beynəlxalq narkotik vasitələrin ticarəti ilə mübarizədə nümunəvi fəaliyyətini təsdiqləyir. Bu faktlar müvafiq beynəlxalq təşkilatlar və agentliklər tərəfindən də təsdiqlənib. Venesuela hərbçiləri bu il narkotik ticarəti ilə əlaqəli 402 pilotsuz uçan aparatı məhv edib. Bu və digər məsələlər barədə sizin xüsusi nümayəndəniz Riçard Qrenell ilə açıq və səmimi dialoqa hər zaman hazırıq. Beləliklə, mediada yayılan əsassız və saxta xəbərlərin təsirini aradan qaldıra bilərik.”

Aytən Yaşar/ Turkustan.az

Chosen
11
turkustan.az

1Sources