Taliban lideri Molla Heybətullah Axundzadə Əfqanıstanda smartfonların qadağan edilməsini təklif edib.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, bu tədbirlərin mənfi tənqid və dağıdıcı fikirləri dayandırmaq və Talibanın reputasiyasını qorumaq üçün zəruri olduğunu bildirib.
Alimlər belə bir qadağanı iqtisadi və sosial nəticələrinə görə rədd etmişlər. Onlar iddia edirlər ki, mobil texnologiyaya milyonlarla dollar sərmayə qoyulub və smartfonlar gündəlik həyat, ticarət və təhsil üçün vacib alətdir. Bundan sonra Taliban interneti bağlamaq qərarına gəlib.
Taliban liderinin dövlət qurumları və diplomatik nümayəndəliklər üçün ayrıca internet xidməti provayderinin yaradılmasına göstəriş verdiyi bildirilir ki, bu da analitiklərin fikrincə, hökumətə informasiya axınını məhdudlaşdırmağa və hakimiyyətə yaxın olanlara iqtisadi fayda təmin edəcək.