EN

7 illik dönəmi başa çatdı - Ali Koçdan ilk açıqlama

Xəbər verdiyimiz kimi, "Fənərbağça"da keçirilən Fövqəladə Baş Assambleyada klubun yeni prezidenti müəyyənləşib.

Milli.Az xəbər verir ki, səsvermənin nəticələrinə görə, Sadettin Saran 257 səs fərqi ilə Ali Koçu geridə qoyaraq "Fənərbağça"nın yeni rəhbəri seçilib.

Baş Assambleyada ümumilikdə 49 268 nəfər səsvermə hüququna malik olsa da, 24 732 nəfər iştirak edib. Onlardan 24 393 səs etibarlı sayılıb. Nəticədə Sadettin Saran 12 min 325 səs, Ali Koç isə 12 min 068 səs toplayıb.

Yeddi illik səlahiyyət müddəti başa çatan Ali Koç seçkidən sonra ilk açıqlamasında bu sözləri deyib:

"Prezidentimiz camaata xeyirli olsun. Sadettin bəy az fərqlə qalib gəldi. Seçkilərimizin nəticələri xeyirli olsun. Artıq prezidentimizin ətrafında birləşməyin vaxtıdır. Sağ olun, bizimlə olasınız" .

Koç həmçinin birlik və həmrəyliyə çağıraraq vurğulayıb:

"Fənərbağça seçkilərini keçirəndə onun necə işlədiyini göstərdik. Son dərəcə sivil, ədalətli rəqabət çərçivəsində keçirildi. Yolumuz açıq, bəxtimiz bol olsun. Hamımız bir gəmidəyik. Görməli çox işimiz var. Düşməni kənarda axtarmağın vaxtıdır" .

Fidan
Milli.Az

Chosen
9
2
milli.az

3Sources