EN

Nuriel Rubini: Azərbaycan xarici investisiyalar üçün cəlbedici ölkədir

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Neft-qaz ölkələri bu resurslardan uzaqlaşaraq, rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsini düşünürlər.

APA xəbər verir ki, bunu “Roubini Macro Associates” şirkətinin baş icraçı direktoru Nuriel Rubini “See Breeze” də keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

“Biz gələcəyin texnologiyalarının innovasiyalarını qəbul edə bilməliyik. Süni intellekt bizim gələcəkdə investisiya qoymalı olduğumuz sahələrin sasəcə biridir. Lakin, yeni innivasiyaları bütün ölkələr qəbul edə bilmir. Eyni zamanda, təbii resurslardan da kənara çıxıb rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək lazımdır. Biz gələcək texnologiyaların idarə edilməsi üçün işçi qüvvəsi yetişdirməliyik”- Rubini vurğulayıb.

O, Azərbaycanın investisiya baxımından strateji nöqtədə yerləşməsinə toxunaraq qeyd edib ki, Azərbaycan xarici investisiyalar üçün cəlbedici ölkədir və burada hökm sürən stabillik özəl sektorların gələcək inkişafı üçün mühüm perspektivlərin olduğundan xəbər verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
3
apa.az

4Sources