EN

Azərbaycan və Almaniya qarşılıqlı investisiya qoyuluşunu azaldıblar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin I yarısında Azərbaycan Almaniya iqtisadiyyatına 13 milyon 973 min ABŞ dolları investisiya yatırıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 602 min ABŞ dollar və ya 4,1% azdır.

Hesabat dövründə Azərbaycanın Almaniya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2024-cü ilin ilk 6 ayındakı 1,5%-dən 1%-ə enib.

Eyni dövrdə Almaniya Azərbaycan iqtisadiyyatına 17 milyon 29 min ABŞ dolları investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 27 milyon 141 min ABŞ dollar və ya 61,4% azdır.

Almaniya Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı isə 0,5%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
8
1
banco.az

2Sources