EN

Səidə Bəkirqızı yenidən efirdə: detalları özü açdı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bir neçə gündür ki, məcburi köçkünlərlə bağlı verdiyi açıqlamalarla gündəmə gələn tanınmış jurnalist Səidə Bəkirqızının əvvəlki iş yerinə geri qayıtması ilə bağlı xəbərlər yayılıb.

Globalinfo.az məlumatı dəqiqləşdirmək üçün Səidə Bəkirqızı ilə əlaqə saxlayıb.

O, yayılan xəbərləri təsdiqləyib:

“Artıq Space TV-də fəaliyyətə başlamışam. Həftəiçi 7:30-dan 9:30-a qədər yenidən efirdə olacam. Düşündüm ki, məni sevən izləyicilərimə qarşı haqsızlıq edə bilmərəm. Hətta çoxu efirə qayıtmağım üçün sosial şəbəkələrdə paylaşımlar edirdilər. Hər şey çox gözəldir, öz axarı ilə davam edir. Nə qədər ki, izləyici sevgisi var, bir o qədər də biz varıq”.

Zaira Akifqızı

Globalinfo.az  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
globalinfo.az

1Sources