EN

Yüksəksəviyyəli həyəcan: Kolumbiya və Meksika prezidentləri itkin düşmüş musiqiçiləri axtarmaq üçün birləşirlər

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kolumbiya Prezidenti Qustavo Petro Meksikada itkin düşən məşhur kolumbiyalı müğənni Bayron Sançesin (səhnə adı "B-King") tapılması üçün meksikalı həmkarı Klaudiya Şeynbauma rəsmi müraciət edib.

Oxu.Az xəbər verir ki, Kolumbiya lideri bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Petro müraciətində həmkarı və dostu Şeynbaumdan, eləcə də diplomatik korpusdan Sançeslə yanaşı, onun həmkarı Xorxe Herreranın (Dj Regio Clown) da sağ-salamat tapılması üçün səyləri artırmağı xahiş edib.

"Bütün Meksika bu gözəl gəncləri - gözəllikdən ilham alaraq oxuyan istedadlı insanları tapmaq üçün birləşməlidir", - deyə Petro bildirib.

O, Meksika hakimiyyətinin səylərinin nəticə verəcəyinə ümid etdiyini də vurğulayıb.

Qeyd edək ki, hüquq-mühafizə orqanları Sançes və Herreranı sentyabrın 16-dan axtarışa veriblər. Müğənni son dəfə Mexiko şəhərinin mərkəzində görünüb, bundan sonra onunla əlaqə tamamilə kəsilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
1
oxu.az

2Sources