Bakıda sərnişin avtobusu yolda sıradan çıxıb.
KONKRET.az xəbər verir ki, bu barədə hadisə şahidləri milli.az-a məlumat veriblər.
Qeyd olunur ki, Sumqayıtdan Azadlıq metrosu istiqamətində hərəkətdə olan 123 saylı sərnişin avtobusunun Binəqədi istiqamətində hərəkətdə olarkən ayaqlığı qırılıb.
Nəticədə sərnişinlər minib-düşməkdə çətinlik çəkiblər, hətta, bir nəfər yıxılmaqdan son anda qurtulub.