EN

Valideynlərini itirmiş gənclərə 2600 manat birdəfəlik müavinət veriləcək

Azərbaycan Nazirlər Kabineti valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə təhsil pillələrini bitirdikləri zaman 2600 manat məbləğində birdəfəlik müavinətin ödənilməsi qaydalarını təsdiqləyib.

Qaydalara Prezidentin imzaladığı son Fərmana əsasən dəyişiklik edilib.

Məsələ ilə bağlı açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, yeni qərar bu kateqoriyadan olan şəxslərin sosial təminatını daha da gücləndirməyi hədəfləyir.

Deputat qeyd edib ki, əvvəlki qaydalarda bu şəxslərə mövsümi geyim, ayaqqabı və orta aylıq əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik ödəniş nəzərdə tutulurdu. Yeni mexanizmlə həm müavinət məbləği artırılıb, həm də ödəmə prosesi sadələşdirilib.

Müavinət vəsaiti birbaşa təhsil müəssisələrinin büdcəsinə köçürüləcək. Təhsilini başa vuran şəxslər öz təhsil aldıqları müəssisəyə müraciət edərək bir neçə gün ərzində bu ödənişi ala biləcəklər.

Gülnar 

Chosen
12
anews.az

1Sources