EN

Azərbaycan çempionatında mövsümün rekordu qeydə alındı

Azərbaycan Premyer Liqasında cari mövsümün məhsuldarlıq rekordu qeydə alınıb.

Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 5-ci turda 18 qol vurulub.

Baş tutan 6 oyunda orta məhsuldarlıq 3,00-ə bərabər olub.

Bu, mövsümün rekordudur. Cari mövsümdə ilk dəfə orta göstərici 3,00 və ya daha yüksək olub.

Sonuncu dəfə bu rəqəmin 3-dən yuxarı olması ötən mövsümün XXXI turuna təsadüf edib. 5 görüşdə 17 qolun vurulduğu turda məhsuldarlıq 3,40 olub.

5-ci turda “Qarabağ” “Araz-Naxçıvan”ı 5:0, “İmişli” “Karvan-Yevlax”ı, “Qəbələ” “Kəpəz”i 3:0, “Neftçi” “Sumqayıt”ı, “Sabah” “Turan Tovuz”u 2:0, “Zirə” “Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib.
 

Chosen
5
20
fanat.az

10Sources