EN

“TEKNOFEST İstanbul”u ziyarət edənlərin sayı 1 milyonu ötüb

İstanbul, 22 sentyabr, Günel Karatepe, AZƏRTAC

Bu il 13-cü dəfə İstanbulda keçirilən dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST”i 1 milyon 32 min nəfər ziyarət edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “TEKNOFEST”in qurucusu Selçuk Bayraktar “Nsosial” media platformasında açıqlayıb.

O, bu il “TEKNOFEST 2025” çərçivəsində keçirilən Şimali Kipr Türk Cumhuriyyəti, “Mavi Vətən” və “İstanbul bizimlə” tədbirlərində ümumilikdə 1 milyon 503 min nəfərin iştirak etdiyini bildirib.

Qeyd edək ki, bu il “TEKNOFEST İstanbul” çərçivəsində təşkil olunan 64 fərqli yarışmaya Türkiyənin 81 vilayəti ilə yanaşı 96 ölkədən 565 min komanda və 1 milyon 200 min iştirakçı qatılıb.

“TEKNOFEST 2025”də iştirak etmək üçün Azərbaycandan 47 komanda seçilib. Onlardan 30-u Bakı Ali Neft Məktəbinin komandalarıdır.

Builki festivalın qalibləri arasında azərbaycanlı tələbələr də var.

 

Chosen
71
1
azertag.az

2Sources