EN

"Rəqəmsal transformasiya paneli Azərbaycan üçün mühüm platforma olacaq - Baş nazirin müavini


Baş nazirin müavini Samir Şərifov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) çıxışı zamanı mühüm fikirlər səsləndirib. O qeyd edib ki, rəqəmsal transformasiya Azərbaycan üçün əsas prioritetdir Onun sözlərinə görə, ideya və innovasiyaların inkişafına dəstək verən əsas alətlərdən biri fikir mübadiləsidir: "Bu kimi investisiya forumları məhz belə fikir mübadiləsi üçün çox yaxşı platformadır".

S. Şərifov forumun gündəliyində müxtəlif nazirliklərin yüksək vəzifəli nümayəndələrinin iştirak edəcəyi bir sıra panel müzakirələrinin yer aldığını diqqətə çatdırıb: "Xüsusilə rəqəmsal transformasiya paneli Azərbaycanın bu sahədə təşəbbüslərinin təqdim olunacağı mühüm platforma olacaq".

Mətləb Salahov

Chosen
9
6
baki-xeber.com

7Sources