Baş nazirin müavini Samir Şərifov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) çıxışı zamanı mühüm fikirlər səsləndirib. O qeyd edib ki, rəqəmsal transformasiya Azərbaycan üçün əsas prioritetdir Onun sözlərinə görə, ideya və innovasiyaların inkişafına dəstək verən əsas alətlərdən biri fikir mübadiləsidir: "Bu kimi investisiya forumları məhz belə fikir mübadiləsi üçün çox yaxşı platformadır".
S. Şərifov forumun gündəliyində müxtəlif nazirliklərin yüksək vəzifəli nümayəndələrinin iştirak edəcəyi bir sıra panel müzakirələrinin yer aldığını diqqətə çatdırıb: "Xüsusilə rəqəmsal transformasiya paneli Azərbaycanın bu sahədə təşəbbüslərinin təqdim olunacağı mühüm platforma olacaq".
Mətləb Salahov