EN

Adnan Əhmədzadə barədə daha bir iddia: 42 ölkədə “gizli əl”

SOCAR-ın İnvestisiya Departamentinin sabiq direktor müavini Adnan Əhmədzadə barəsində başlanmış cinayət işi ölkə ictimaiyyəti ilə yanaşı beynəlxalq mətbuatda da böyük rezonans doğurub. 

Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. İbtidai istintaqın ilkin mərhələsi Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılıb.

İlkin məlumata görə, Adnan Əhmədzadəyə iki əsas ittiham irəli sürülüb: xüsusilə külli miqdarda mənimsəmə və iqtisadi təhlükəsizliyə qarşı təxribat.

Modern.az-ın məlumatına görə, Maltanın "The Maltese Herald" nəşrində onunla bağlı daha bir xəbər yayılıb.

Nəşr qeyd edir ki, Adnan Əhmədzadə “Alkagesta” şirkətinin arxasındakı "gizli əl" kimi tanınır. Belə ki, şirkəti onun qohumu idarə edir. 2018-ci ildə yaradılmış bu şirkət 42 ölkədə fəaliyyət göstərir.

Məqalədə deyilir ki, Alkagesta” Maltanın ən böyük neft şirkətidir və o, Maltanın Birzebbugadakı neft terminalından Rusiya neftinin Rusiyanın “Kölgə donanması” ilə daşınması üçün istifadə edib.

Həmçinin Liviyadan alınan neftin ticarətində də bu şirkətin adı keçir. “Alkagesta” hazırda Avropa Birliyi və Böyük Britaniya səlahiyyətliləri tərəfindən saxta sertifikatlarla Rusiya neftinin Avropada satışına görə araşdırılır.

Chosen
8
3
modern.az

4Sources