EN

Serbiya yeni “Şumadiya/Vila” uzunmənzilli raket sistemini təqdim edib

Serbiyada keçirilən “Birliyin Gücü” hərbi paradı zamanı “Şumadiya/Vila” adlı yeni uzunmənzilli raket sistemi təqdim edilib.

“Poliqon” “Defence Blog” nəşrinə istinadən xəbər verir ki, “Yugoimport-SDPR” şirkətinin istehsalı olan bu raket sistemi, düşmənin dərinliklərdə yerləşən yüksək əhəmiyyətli hədəflərinə zərbə endirmək üçün nəzərdə tutulub.

Bildirilib ki, sözügedən sistem müxtəlif tapşırıqların tələblərinə uyğun olaraq fərqli raketlərlə təchiz edilə bilər. Onun silahlanmasına “Şumadiya” və “Vila-1” sistemləri daxildir. Sistem “Şumadiya” silah konfiqurasiyasında 300 kilometr məsafəyə və 250 kiloqramlıq döyüş başlığına malik 400 mm-lik “Jerina” ballistik raketini daşıyan iki konteynerlə (hər konteynerdə bir raket) təchiz olunub. Paralel olaraq digər konteynerdə isə 300 kilometrədək məsafəyə çata, hədəf bölgəsində dolaşaraq müşahidə apara və 450 kiloqrama qədər döyüş başlığı daşıya bilən “Vila-1” süzən sursatı yerləşir.

Bu raket sistemi düşmənin “yer-yer” tipli raket batareyalarını, hava hücumundan müdafiə sistemlərini, hava limanlarını, helikopter meydançalarını, cəmləşmə zonalarını, hərbi bazalarını, təlim düşərgələrini, limanlarını, komanda, logistika və rabitə mərkəzlərini vurmaq qabiliyyətinə malikdir.

 

ШУМАДИЈА

Chosen
9
poliqon.az

1Sources