EN

"Huawei" ilk universal avtomobilini təqdim etdi

Çinin "Huawei" şirkəti tarixində ilk universal avtomobil "Stelato S9T"nin satışına başlayıb.

Avtosfer.az bu barədə carnewschina.com saytına isinadla xəbər verir.

Qiymətlər 309.8 min yuandan (təqribən 74 min manat - red.) başlayır.

"Stelato S9T"in ölçüləri 5 160 x 2 005 x 1 492 mm-dir, təkər bazası isə 3 050 mm-dir. Avtomobil standart komplektasiyada 20 düymlük təkər diskləri ilə təchiz olunub, 21 düymlük disklər isə əlavə seçim kimi təklif olunur. Avtomobilin əsas xüsusiyyətləri arxaya doğru meyilli dam xətti və gizli qapı tutacaqlarıdır.

Hibrid versiyanın gücü 469 at gücüdür. Müvafiq olaraq 308 və ya 523 at gücü gücündə iki elektrik versiyası da mövcuddur.

Chosen
3
3
avtosfer.az

4Sources