Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan və BƏƏ arasında “Şəhər içində şəhər” Konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu əməkdaşlıq sazişi I Beynəlxalq İnvestisiya Forumunda imzalanıb.
Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ-də fəaliyyət göstərən “Modon” şirkətinin sədri Cəssəm Muhəmməd Bu Ataba əz-Zəəbi imzalayıblar.
Sazişin imzalanma mərasimində Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və BƏƏ-nin investisiya naziri Muhəmməd Həsən əs-Suveydi də iştirak edib.