Misli premyer-liqasının 5-ci turunda 18 qol vurulub.
"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, baş tutan 6 oyunda orta məhsuldarlıq 3,00-ə bərabər olub. Bu, mövsümün rekordudu. Cari mövsümdə ilk dəfə orta göstərici 3,00 və ya daha yüksək olub.
Sonuncu dəfə bu rəqəmin 3-dən yuxarı olması ötən mövsümün 31-ci turuna təsadüf edib. 5 görüşdə 17 qolun vurulduğu turda məhsuldarlıq 3,40 olub.
Xatırladaq ki, 5-ci turda “Qarabağ” “Araz-Naxçıvan”ı 5:0, “İmişli” “Karvan-Yevlax”ı, “Qəbələ” “Kəpəz”i 3:0, “Neftçi” “Sumqayıt”ı, “Sabah” “Turan Tovuz”u 2:0, “Zirə” “Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib.