EN

MKE müdafiə sənayesi məhsullarını TEKNOFEST-2025-də sərgiləyib

Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti yüksək texnologiyalı müdafiə sənayesi məhsullarını Atatürk Hava Limanında keçirilmiş dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-də nümayiş etdirib.

MKE-dən “Poliqon”a verilən məlumata görə, şirkətin stendində yer alan PİRANA KİDA (kamikadze insansız dəniz aparatı) istehsal emalatxanası ziyarətçilərə həm əyləncəli, həm də maarifləndirici bir təcrübə təqdim edib.

Bildirilib ki, şirkətin hazırladığı hava, quru və dəniz platformaları ilə silah sistemləri xüsusi olaraq qurulan üçölçülü simulyasiya otağında texnologiya həvəskarlarına təqdim olunub. Ziyarətçilər istehsal olunan müdafiə texnologiyalarının döyüş meydanında necə istifadə edildiyini real simulyasiya mühittində sınaqdan keçirmək imkanı qazanıblar.

MKE stendində yer alan və şirkət tərəfindən hazırlanmış Süni İntellekt Müsahibə Simulyasiyası ziyarətçilərin marağına səbəb olub. Ən müasir texnologiya ilə hazırlanmış interaktiv ekran vasitəsilə süni intellekt iştirakçının verdiyi cavablara uyğun olaraq fərqli suallar ünvanlayır. Sahib olduğu inkişaf etmiş alqoritm sayəsində anlıq olaraq şəxsi ssenarilər quran sistem real simulyasiya mühiti yaradır.

“MKE olaraq gənc mühəndisləri dəstəkləməyə davam edirik. Sponsorluq və texniki sahələrdə verdiyimiz dəstəyin gücü ilə möhkəmlənən namizəd mühəndislərimiz TEKNOFEST-2025-də stendimizdə layihələri ilə iştirak etdilər.

Pilotsuz uçuş aparatları sahəsində ODTÜ-dən “Eflatun” və İTÜ-dən İTÜNOM komandaları, raket sahəsində İTÜ-dən “LAGARI Thrust” və PARS, KTÜ-dən isə URIS komandaları, hibrid raket mühərriki sahəsində isə “Korolev ST” komandası uğurlu işləri ilə TEKNOFEST ruhunu və gənc mühəndislərin yenilikçi baxışını nümayiş etdirdi,” – deyə şirkət tərəfindən qeyd olunub.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

Somali

PIRANA

TEKNOFEST

PIRANA

ADAY

GUC

MKE

Chosen
3
poliqon.az

1Sources