EN

Ukrayna Krıma zərbə endirdi: 3 ölü, 16 yaralı

Sentyabrın 22-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın ilhaq etdiyi Krıma hücum edib.

XəzərNews.azRusiya mediasına istinadən xəbər verir ki, son məlumatına görə, hücum nəticəsində 3 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, “yüksək partlayıcı başlıqlarla” silahlanmış PUA-lar kurort zonasında mülki obyektləri hədəf alıb. Krımın rəhbəri Sergey Aksyonov isə Foros sanatoriyasının ərazisində bir neçə obyektin və məktəb binasının ziyan gördüyünü açıqlayıb.

Nazirliyin iddiasına görə, həmin gecə Rusiyanın müxtəlif bölgələri və Krım üzərində ümumilikdə 114 pilotsuz aparat vurulub. Onların 25-i Rostov vilayəti və Krasnodar diyarı, 19-u Belqorod vilayəti, 13-ü isə Həştərxan vilayəti üzərində məhv edilib.

Ukrayna tərəfi hücumla bağlı hələ ki, rəsmi açıqlama verməyib.

Xəbər 3 dəfə oxunub.
Chosen
6
xezernews.az

1Sources