EN

Müsəlman dövlətləri Pakistanın nüvə arsenalının gücləndirilməsinə kömək etməlidir - Rəy

Yazını böyüt
Yazını kiçilt

"Tramp İlham Əliyev və Putinlə görüşüb, indi də Ərdoğanla görüşür. Hər bir halda görüşün faydalı olacağına inanıram".

Bunu hafta.az-a Ərdoğanın Trampla görüşü ilə bağlı açıqlamasında deputat Qüdrət Həsənquliyev bildiirb.

Deputat qeyd edib ki, Türkiyə öz nüvə silahına sahib olana qədər, Ərdoğan Pakistanın nüvə silahının, ən azı 50 nüvə başlığının Türkiyədə yerləşdirilməsinə çalışmalıdır. Q.Həsənquliyev hesab edir ki, bunun üçün o, ABŞ-nin razılığını almalıdır. Onun sözlərinə görə, müsəlman dövlətləri Pakistanın nüvə təhlükəsizliyi çətirinin altına girmək üçün onun nüvə arsenalının gücləndirilməsinə kömək etməlidirlər.

Dövlət Baxçalının - “Türkiyə Rusiya və Çinlə müttəfiq olmalıdır”, - çağırışına gəlincə, deputat vurğulayıb ki, siyasi partiyaların öz ölkələrinin gələcəyi ilə bağlı fikirlər səsləndirmək haqqı var:

"Amma düşünürəm o bunu Ərdoğanın ABŞ-a səfəri zamanı qəsdən səsləndirib, ABŞ-ı danışıqlarda daha konstruktiv etmək üçün. Baxçalı da bilir ki, Türkiyəni heç vaxt Avropa İttifaqına qəbul etməyəcəklər. Ona görə türk dövlətlərinin, İranın və Rusiyanın iştirakı ilə Avrasiya məkanında Avropa İttifaqı modelində yeni bir ittifaq qurulsa, bu, bölgədə davamlı sülhə, təhlükəsizliyə və firəvanlığa gətirər. Avropa İttifaqı ilə Çin arasında yeni bir siyasi-iqtisadi güc formalaşar. Bu barədə əvvəllər çox danışmışam".

Q.Həsənquliyev hazırda Fələstin dövlətini tanıyan ölkələrin sayının artdığı bir vaxtda Azərbaycanın da bu prosesdə ilk ölkələr sırasına qoşula biləcəyi ehtimalına da aydınlıq gətirib. Bildirib ki, buna qətiyyən ehtiyac yoxdur:

"Biz, ərəb və yəhudu xaqlarının sülh içərisində yaşamaları üçün beynəlxalq ictimaiyyətlə, islam ölkələri ilə birlikdə çalışmalıyıq ki, Fələstinin dövlət kimi tanınmasının zəruriliyinə İsraili inandıraq və İsraillə birlikdə, eyni vaxtda Fələstin dövlətini tanıyaq".

Chosen
5
4
hafta.az

6Sources