EN

"Kopenhagen" ölkə çempionatında xal itirdi

Danimarka çempionatında 9-cu turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Çempionlar Liqasının liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Kopenhagen" doğma meydanda "Silkeborq"u qəbul edib. Qarşılaşma 3:3 hesablı bərabərliklə başa çatıb.

9 turdan sonra 17 xal toplayan paytaxt təmsilçisi turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xatırladaq ki, "Qarabağ"ın "Kopenhagen"lə oyunu oktyabrın 1-də Bakıda baş tutacaq.

Chosen
10
1
football-plus.az

3Sources