EN

“Avtobusların elektrikli və ya CNG olması əsas tələblərdəndir”

AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev avtobuslarda əlavə tələblərlə bağlı məsələyə aydınlıq gətirib.

"Cebheinfo.az"  xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Avtobusların elektrikli və ya CNG olması əsas tələblərdəndir. Amma bununla məhdudlaşmır. Əlavə tələblərə, məsələn, avtobusların intervala ciddi riayət etməsi, təmizlik və komfort standartlarının qorunması, sürücülərin davranış qaydalarına əməl etməsi və təhlükəsizliklə bağlı göstəricilərə uyğun fəaliyyət göstərməsi də daxil ola bilər. Yəni yeni model sərnişinin keyfiyyətli xidmət almasını təmin edən bütün meyarları əhatə edəcək”.

"Cebheinfo.az" 

Chosen
6
2
cebheinfo.az

3Sources