EN

“Barselona”da oynayacaq İbrahim Babayev kimdir? Adnan Əhmədzadə izi.. VİDEO

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Azərbaycanlı futbolçu “Barselona”da oynayacaq. İbrahim Babayev adlı həmyerlimizi bəyənibmiş. Xəbər kimi çox gözəldi! Amma bir fakt var, heç bilirsinizmi, İbrahim kimdi?"

Bakupost.az xəbər verir ki, bu sözləri idman jurnalisti İxtiyar Əsgərov sosial şəbəkədə yazıb.

O bildirib ki, İbrahim Babayev “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyevin bacısı oğludur.

“Sanki, Azərbaycanda İbrahimdən bacarıqlı futbolçu yoxdur. Axtarsan "n" qədərdi, amma baxırsan ki, Riad kimi dayısı, DTX tərəfindən həbs edilən Adnan Əhmədzadə kimi tanışları yoxdu.

Bəlkə də, ispaniyalı skautlar həqiqətən də Babayevdə nəsə görüb, bəyəniblər, uğurlar olsun. Həqiqətən elədirsə, halaldı!

Amma mən bu videonu görmüşəm deyə, məşhur mahnıda deyildiyi ki, inanmaram, inanmaram. Siz də özünüz bilərsiz...”

Aysel,

BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
1
www.bakupost.az

2Sources