Fransanı 2024-cü ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Slimane cinsi zorakılıqda təqsirli bilinib.
Kulis.az xəbər verir ki, Kulis.az Lent.az- a istinadən xəbər verir ki, ötən ilin oktyabrında sənətçinin texniki komandasının üzvlərindən biri məhkəməyə müraciət edərək, Slimanenin onu divara dirədiyini, intim xarakterli eyhamlar etdiyini və daha sonra qrim otağına sürüklədiyini bildirib.
Zərərçəkən həmin vaxt müğənnidən qaça bildiyini deyib. Bundan əlavə, Slimanenin ona cinsi xarakterli mesajlar göndərdiyi də iddia olunub.
Məhkəmənin qərarına əsasən, müğənni 10 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, Slimane “Mon Amour” mahnısı ilə “Avroviziya-2024”-də Fransanı təmsil edərək 4-cü yeri tutmuşdu.