AZ

“Avroviziya” təmsilçisinə cinsi zorakılıq İTTİHAMI

ain.az, Lent az portalına istinadən məlumat yayır.

Fransanı 2024-cü ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Slimane cinsi zorakılıqda təqsirli bilinib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, ötən ilin oktyabrında sənətçinin texniki komandasının üzvlərindən biri məhkəməyə müraciət edərək, Slimanenin onu divara dirədiyini, intim xarakterli eyhamlar etdiyini və daha sonra qrim otağına sürüklədiyini bildirib. Zərərçəkən həmin vaxt müğənnidən qaça bildiyini deyib. Bundan əlavə, Slimanenin ona cinsi xarakterli mesajlar göndərdiyi də iddia olunub.

İstintaq 2024-cü ilin oktyabrından davam edir və Fransa məhkəməsi hökm çıxarıb. Slimane cinsi xarakterli mesajlar göndərməkdə və intim münasibət tələb etməkdə təqsirli bilinib. Digər ittihamlar sübuta yetirilmədiyi üçün iş bağlanıb.

Məhkəmənin qərarına əsasən, müğənni 10 min avro məbləğində cərimələnib. Xatırladaq ki, Slimane “Mon Amour” mahnısı ilə “Avroviziya-2024”-də Fransanı təmsil edərək 4-cü yeri tutmuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
lent.az

2Mənbələr