Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb.
APA-nın xəbərinə görə, Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 29 ailə - 115 nəfər köçürülüb.
***
11.50
Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 29 ailə - 115 nəfər köçürülüb.



