EN

Azərbaycanla Ermənistandan bir-birilərinə ən yüksək xal

"Silk Way Star" beynəlxalq musiqi layihəsində maraqlı anlar yaşanıb.
 
Axşam.az xəbər verir ki, müsabiqədə Azərbaycanla yanaşı, Ermənistan, Gürcüstan, Malayziya, Qazaxıstan, Çin, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan, Özbəkistan, Cənubi Koreya kimi ölkələrin nümayəndələri iştirak edir. Azərbaycanı "Səs Azərbaycan” şousunun yarımfinalçısı, "Avroviziya 2024” milli seçimlərində iştirak edən Səbinə Zadə təmsil edir.
 
Yarışmada Azərbaycanı münsif kürsüsündə təmsil edən müğənni Samirə Əfəndi səsvermə zamanı Ermənistan təmsilçisi Saro Gevorqyana ən yüksək – 10 xalı verib.
 
Ermənistandan olan münsif Vrej Kirokosyan da öz növbəsində Səbinənin çıxışını 10 xalla qiymətləndirib. 
 
Səsverməyə əsasən Səbinə 104 xal toplayaraq yekun sıralamada 7-ci yerdə qərarlaşıb.
 
 
Chosen
6
hit.az

1Sources