Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət millisinin üzvləri Polşada keçirilən "Polish Open" beynəlxalq turnirində 3 medal qazanıblar.
Bu barədə Ölkə.az-a Taekvondo Federasiyasının mətbuat xidmətindən bildirilib.
Minayə Əkbərova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Qaşım Maqomedov (63 kq) və Cavad Ağayev (80 kq) isə bürünc medala sahib çıxıblar.