EN

Səidə Bəkirqızı yenidən efirə qayıtdı – VİDEO

Space TV-dən işdən azad edildiyi barədə yayılan xəbərlərə baxmayaraq, tanınmış aparıcı Səidə Bəkirqızı yenidən efirə qayıdıb.

Bir neçə gün efirdə görünməyən jurnalist bu gün tamaşaçıların qarşısına çıxaraq “Xəbərin izində” verilişini təqdim edib.

Onun yenidən proqramın aparıcısı kimi fəaliyyətə başlaması tamaşaçılar və izləyicilər arasında da maraqla qarşılanıb.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Səidə Bəkirqızının Space TV-dən ayrıldığı barədə iddialar yayılmışdı. Lakin bu günkü efir onun telekanaldakı fəaliyyətini davam etdirdiyini təsdiqləyib.

Musavat.com

Chosen
6
1
editor.az

2Sources