EN

Çindən idxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nəzarət tədbirləri çərçivəsində “Baytaroğlu” MMC-nin Çindən idxal etdiyi ümumi sayı 50 min flakon “Vitamin B12, 500 MCG TR” əmtəə nişanlı baytarlıq preparatından götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında uyğunsuzluq aşkarlanıb.

Bu barədə AZƏRTAC-a agentliyin İnformasiya təminatı və innovatyiv həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı qəbul olunmuş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
52
1
azertag.az

2Sources