EN

Fransa Qəzzada HƏMAS-ın mərhələli şəkildə tərksilahını təklif edir

Fransa Qəzzada müharibədən sonrakı dövrdə beynəlxalq sabitləşdirmə missiyasının yaradılmasını təklif edib.

Musavat.com xəbər verir ki, planın əsas məqsədi İsrail Müdafiə Ordusunun bölgədən çıxmasından sonra HƏMAS-ın mərhələli şəkildə tərksilahı və təhlükəsizliyin tədricən Fələstin Administrasiyasına ötürülməsidir.

Təşəbbüs iyul ayında qəbul edilən beynəlxalq deklarasiyaya əsaslanır. Sənəd iki dövlətin yaradılmasını, HƏMAS-ın silahsızlaşdırılmasını və Qəzzada təhlükəsizliyə nəzarətin mərhələlərlə fələstinlilərə verilməsini nəzərdə tutur.

Layihədə iştirak edə biləcək ölkələrin adları da göstərilib: Misir, İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər. Missiya BMT mandatı ilə fəaliyyət göstərəcək və vəziyyət imkan verdiyi anda işə başlayacaq.

Xatırladaq ki, iyul ayında Nyu-Yorkda qəbul edilən deklarasiya Qəzzada Fələstin Milli Administrasiyasının iştirakı ilə müvəqqəti beynəlxalq missiyanın yerləşdirilməsini nəzərdə tuturdu.

Musavat.com

Chosen
14
musavat.com

1Sources