EN

Estoniya paytaxtında “Aşıq və muğam” adlı konsert keçirilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 22 sentyabr, AZƏRTAC

Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Mere” Mədəniyyət Mərkəzində görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Aşıq və muğam” adlı konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirin təşkilatçısı qismində rəssam Rövşən Nurun rəhbərlik etdiyi “Buta” Azərbaycan Mədəniyyət Mərkəzi çıxış edib. Konsertdə Estoniya parlamentinin, Mədəniyyət Nazirliyinin, İnteqrasiya Fondunun, diplomatik missiyaların nümayəndələri iştirak ediblər. Konsertin qonaqları arasında Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyev də olub.

Konsertdə muğam triosu - Asim Pirimov (tar), Hüseyn Nağıyev (kamança) və xanəndə Rəvanə Vəliyeva çıxış edib. Tallinin məşhur “Grace” rəqs truppası da səhnəyə çıxıb və Azərbaycan milli rəqslərini təqdim edib.

Konsertdə muğam və xalq mahnıları səsləndirilib. Azərbaycan milli musiqisi və rəqsi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Estoniyalı tamaşaçılar belə tədbirlərin tez-tez keçirilməsini arzuladıqlarını bildiriblər. Tamaşaçılar və qonaqlar bu konsertin xalqlar arasında mədəni əlaqələrin, dostluğun möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
2
azertag.az

3Sources