EN

Astana Ukrayna üzrə danışıqlar mərkəzi OLA BİLƏR

Qazaxıstan Astananı Ukrayna üzrə danışıqlar yeri kimi təklif edib.

İnterpress.az xəbər verir ki, Bu barədə Qazaxıstan parlamenti Məclisinin (aşağı palatası) deputatı, beynəlxalq işlər, müdafiə və təhlükəsizlik komitəsinin katibi Aydos Sarım bildirib.

“Vasitəçilik və moderasiyaya gəlincə, əgər Qazaxıstanın vasitəçi kimi çıxış etmək və nəyinsə həllinə kömək etmək imkanı və ehtiyacı varsa, bəli, mən bizim üçün belə bir rol görürəm. Bu, Rusiya-Ukrayna münaqişəsinə də aid edilə bilər. Təbii ki, mən bütövlükdə prosesdən danışmıram, amma konkret işlərin həllində – niyə də olmasın”, – Aydos Sarımjilov deyib.

Onun sözlərinə görə, ölkə həm də Zelenski, Tramp və Putin arasında mümkün görüş üçün məkan ola bilər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
5
interpress.az

1Sources