EN

Qaxda 57 yaşlı kişi ağacdan yıxılaraq ölüb

Qax rayonunda ağacdan yıxılan Bakı sakini ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Çinarlı kəndində baş verib.

1968-ci il təvəllüdlü, Bakı şəhər sakini Nizami Şəkərəliyev kənd ərazisində qoz çırpmaq istəyərkən ehtiyatsızlıqdan ağacdan yıxılıb. N. Şəkərəliyev Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən ölüb.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Chosen
31
4
apa.az

9Sources