EN

HƏMAS-ın dəniz polisi komandir müavini ÖLDÜRÜLDÜ

HƏMAS-ın dəniz polisi komandir müavini öldürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumat yayıb.

İsrail Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı zamanı HƏMAS-ın dəniz polisi komandir müavini öldürülüb.

Dəniz Kəşfiyyatı və Hərbi Kəşfiyyat İdarəsinin (AMAN) məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri mərkəzi düşərgələrin yaxınlığında endirdiyi dəqiq zərbə nəticəsində HƏMAS-ın dəniz polisinin komandir müavini İyad Əbu Yusifi öldürüb.

O, 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumda iştirak edib. Qəzza zolağında gedən döyüşlər zamanı İsrail qüvvələrinə qarşı pusqular hazırlayıb və təşkilatın Zolaqdakı obyektlərini mühafizə edib.

“Onun öldürülməsi qüvvələrimizə qarşı kəşfiyyat aparan və təşkilatın hərbi qanadı üçün dəniz nəzarətini təmin edən HƏMAS dəniz polisinin imkanlarına əhəmiyyətli zərbədir”, – İsrail ordusunun mətbuat xidmətinin bəyanatında deyilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
5
interpress.az

1Sources