EN

Tramp elan etdi: "TikTok"un ABŞ-dakı yeni sahibləri onlardır

ABŞ prezidenti Donald Tramp “TikTok”un Birləşmiş Ştatlarda amerikalı investorların nəzarətinə keçəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, Tramp bunu “Fox News”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, “Oracle”-ın qurucusu Larri Ellison, “Dell” şirkətinin rəhbəri Maykl Dell, media maqnatı Rupert Merdok və oğlu Laxlan Merdok “TikTok”a sahiblənmək üçün yaradılan konsorsiumun əsas üzvləri olacaq. “Onlar tanınmış və etibarlı şəxslərdir”, - deyə prezident vurğulayıb.

Ağ Evdən verilən məlumata görə, “Oracle”-ın rəhbərliyi altında yaradılacaq yeddi nəfərlik şuranın altısı amerikalılardan ibarət olacaq və “TikTok”un həm istifadəçi məlumatları, həm də alqoritmi ABŞ-ın nəzarətində olacaq.

Chosen
16
publika.az

1Sources