EN

Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib

BAKI, TurkicWorld, Fərid Mikayılov

Türkiyənin Balıkesir şəhərinin Sındırgı rayonunda 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib.

Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında baş verən təkanlardan öncə, gecə saatlarında Sındırqı rayonunda 4,9 bal gücündə zəlzələ qeydə alınmışdı.

Hazırda bölgədə təhlükəsizlik tədbirləri və araşdırmalar davam etdirilir.

Chosen
10
turkic.world

1Sources