EN

Türkiyənin Sındırqı bölgəsində son 1 ayda 9 mindən artıq yeraltı təkan qeydə alınıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İstanbul, 22 sentyabr, Günel Karatepe, AZƏRTAC

Ötən gecə Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda daha bir zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 00:05-də 4,9 bal gücündə olub. Saat 12:02-də isə bölgədə 4,5 bal gücündə yeraltı təkan qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsindən verilən məlumata görə, zəlzələlər ətraf bölgələrdə hiss olunub.

Qeyd edək ki, artıq bir aydan çoxdur Sındırqıda bir-birinin ardınca zəlzələlər və ya yüksək maqnitudalı avterşoklar baş verir.

Bölgədə ən yüksək maqnitudalı yeraltı təkan avqustun 10-da 6,1 bal gücündə olub. Ötən dövr ərzində Sındırqıda ümumilikdə 9 mindən artıq afterşok qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
1
azertag.az

2Sources